AZ

Erməni mətbuatı Vaşinqton görüşündən yazır

Erməni mətbuatında Vaşinqton görüşü ilə bağlı məlumatlar tirajlanır.

Bakues.az xəbər verir ki, “Armenpress” agentliyi yazır ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə qəbul edəcək. Tramp bu görüşü “Tarixi Sülh Zirvəsi” adlandırıb.

Agentliyin məlumatına görə, Tramp “Truth Social” sosial şəbəkəsində bildirib ki, ABŞ hər iki ölkə ilə ikitərəfli iqtisadi əməkdaşlıq sazişi də imzalayacaq:

“Bu iki ölkə uzun illərdir müharibədədir, minlərlə insan həlak olub. Bir çox lider müharibəni dayandırmağa çalışıb, amma uğur qazanmayıb – indiyədək. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə mənimlə rəsmi sülh imzalama mərasimində iştirak edəcəklər. ABŞ həm də hər iki ölkə ilə iqtisadi imkanların reallaşdırılması üçün ikitərəfli razılaşmalar imzalayacaq”.

“Armenpress” yazır ki, əvvəlki məlumatlarda Vaşinqton görüşünün Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizi üzrə ABŞ-a eksklüziv inkişaf hüquqları verəcək sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacağı qeyd olunub.

Seçilən
4
icma.az

1Mənbələr