"Azərişıq" ASC Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə düşən elektrik veriliş xətlərinin və qurğularının köçürülməsi, perspektiv kabel kanallarının quraşdırılması işləri üzrə hazırlıqlara başlayıb.
Moderator.az xəbər verir ki, qurum müvafiq işlər üçün 11 milyon 107 min 292 manat vəsait xərcləməyi planlaşdırır və podratçı axtarışındadır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 19-dur. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.