Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.
C.Əliyev məsuliyyətə cəlb olunub.