AZ

ABŞ 50 milyon dollar ayırdı: Maduronun həbsi üçün

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumatlara görə 50 milyon dollar mükafat təklif edib.

Publika.az xəbər verir ki, ABŞ-ın baş prokuroru Pam Bondi sosial mediada bildirib:

“Bu gün ABŞ Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun həbsinə aparan məlumat üçün 50 milyon dollar mükafat təklif edir”.

Bondi Maduronu ölkədə ölümcül narkotik və zorakılıq yaymaq üçün “Tren de Araqua” və “Sinaloa” karteli kimi qruplarla əməkdaşlıqda ittiham edib.

Seçilən
80
publika.az

1Mənbələr