Bakı. Trend:
“Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və BP şirkətininmaliyyə dəstəyi ilə Qusar rayonunun Avaran kəndində həyatakeçirilən içməli su layihəsi Yevlax Pilot Aqroparkın rezidenti“İSFA” MMC tərəfindən uğurla icra olunub.
Trendxəbər verir ki, bununla əlaqədar müasir içməli su təchizatıinfrastrukturunun açılış mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, Cağar Cibir su kanalından kəndin sutəchizatı üçün 1,4 km məsafədən su xətti çəkilmiş, 10000m³ həcmindəsu tutar və 2000 m³ həcmində lil çökdürmə hovuzu yaradılıb, membrandöşənib, nasosxana və filter məntəqəsi tikilib, qurğu vəavadanlıqların elektrik təchizatı üçün elektrik xətti çəkilib, 3mərhələli filter sistemi, motorlar, su çənləri və sayğaclarquraşdırılıb.
Layihənin birinci hissəsinin icrası çərçivəsində kənd daxilişəbəkə qurularaq 125 ev təsərrüfatının su təchizatı təminedilib.
Qeyd edək ki, Qusar rayonunun Avaran kəndində hazırda 388 evtəsərrüfatı olmaqla 1700-dən çox sakin yaşayır. Kənddə və yaxınərazidə təbii bulaqlar və digər şirin su mənbələri olmadığından,sakinlər içməli və suvarma su ilə təminatında əziyyət çəkirdilər.Bu sosial layihənin uğurlu icrası kənd sakinlərinin suya olantəlabatını aradan qaldırılmasına köməklik göstərəcək.