AZ

Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
 
FHN-dən Moderator.az-a verilən məlumata görə, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
 
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” markalı sərnişin avtobusu yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Seçilən
20
3
moderator.az

4Mənbələr