Almaniyanın "Kayzerslautern" klubuna keçən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın "Şalke 04" ilə oyununda qol vurmaq istəyir.
Moderator.az-ın məlumatına görə, 28 yaşlı hücumçu bu barədə "Bild"ə açıqlama verib.
Forvard növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edir: "Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".
Qeyd edək ki, "Kayzerslautern" II Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke 04" klubunu qəbul edəcək.