AZ

Paşinyan sülhlə bağlı paylaşım etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"da sülhlə bağlı paylaşım edib.

 

Sfera.az xəbər verir ki, o, paylaşımda İncil kitabından "Sülh yaradanlara nə xoş, çünki onlar Allahın övladları adlanacaqlar (Matta 5:9)", ayəsini qeyd edib.

 

Məlumata görə, bu ayə İsa Məsihin “Dağüstü vəz”ində dediyi “xoşbəxtliklər” (yeranilər) hissəsindəndir. 

 

Xatırladaq ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

 

Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir. 

 

İnci

Seçilən
75
sfera.az

1Mənbələr