AZ

Aİ liderləri Putinlə görüşməlidirlər - Təklif

Vladimir Putin və Donald Trampın şəxsi görüşündən sonra Rusiya ilə Avropa İttifaqının (Aİ) aparıcı ölkələri arasında sammit təşkil edilməlidir.
XəzərNews.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth" un efirində deyib.

"Ona görə də Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron Aİ adından danışıqlar üçün birlikdə Moskvaya getməlidirlər. Yaxud lazım gələrsə, neytral yerdə belə bir görüş keçirməlidirlər. Rusiya-Avropa sammiti keçirilməlidir, çünki bu müharibə Avropa ərazisində gedir", - baş nazir vurğulayıb.

Orban həmçinin Brüsselin Ukraynadakı münaqişənin həlli prosesindən “çəkilməsindən” təəssüfləndiyini bildirib.

Macarıstan hökumətinin başçısı Aİ ölkələrini Rusiya lideri ilə mümkün görüşün təşkilində “təşəbbüskar olmağa” çağırıb. O əlavə edib ki, o, avropalı həmkarları ilə məsləhətləşmələrdə dəfələrlə bu ideyanı irəli sürüb.

Xəbər 5 dəfə oxunub.
Seçilən
35
50
xezernews.az

10Mənbələr