“Düşünürəm ki, son illərdə ümumiyyətlə Azərbaycan klublarına qarşı düşən ən yaxşı komandalardan birinə qarşı oynadıq”.
Bunu “Omoniya” ilə görüşdən sonra “Araz-Naxçıvan” klubunun futbolçusu Qara Qarayev deyib.
“Dünən mətbuat konfransında da dedim ki, düşünürəm ki, çox fərq var. Düşünürəm və görürəm. Çünki yeni baş məşqçiləri, yeni fəlsəfələri var və oyunçuların keyfiyyəti çox dəyişib. Artıq “Omoniya” əvvəlki illərlə müqayisədə daha təhlükəli daha çox qol vura bilən komandadır. Elmar Baxşıyev də deyirdi ki, dünənki konfransda komanda sanki əvvəldən qorxaq oynayırdı. Baş məşqçimizin fikirlərini oxumamışam, amma istər-istəməz bizim kimi komandalar bu oyunlara daha ehtiyatlı başlamağa çalışır. Çünki bizdə “Omoniya”da olduğu qədər beynəlxalq təcrübə yoxdur”.