"Az miqdarda qeybət psixi sağlamlıq üçün faydalıdır".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri psixoloq Natali Qudayol deyib.
Onun sözlərinə görə, qeybət beyində mükafat hissi ilə bağlı sahələri, o cümlədən dopamin sistemi ilə əlaqəli bölgələri aktivləşdirir:
"Məhz buna görə insanlar belə söhbətlərdə iştirak etməkdən və onları dinləməkdən zövq alır.
Bundan əlavə, dedi-qodu stressi aradan qaldırır, sosial əlaqələri gücləndirir, birlik və aidiyyət hissi yaradır, həmçinin emosional rahatlamağa kömək edir".
Bununla belə, psixiatr Millian Rossafa vurğulayıb ki, həddindən artıq bu cür söhbətlər əksinə, neqativə davamlı şəkildə fokuslanma səbəbindən depressiya və narahatlıq yarada bilər.
Həmidə İbrahimova