AZ

Türkiyə Superliqasında yeni mövsüm “Qalatasaray”ın oyunu ilə start götürür

Bakı, 8 avqust, AZƏRTAC

Bu gün Türkiyə Superliqasında 2025-2026-cı illər mövsümünə bir oyunla start veriləcək.

AZƏRTAC xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Qaziantep”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Meydan sahibləri ötən il liqanı 14-cü yerdə bitirmişdi.

İstanbul təmsilçisi bu matçda dörd futbolçu - Viktor Osimhen, Mauro İkardi, Alvaro Morata ve Derrik Könün xidmətindən yararlana bilməyəcək.

Seçilən
1
1
azertag.az

2Mənbələr