AZ

Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq

ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.

Oxuməni.az "Report"a istinadən xəbər verir ki, sənəd avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı imzalanacaq.

İlham Əliyevlə Donald Trampın uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir məruz qaldığı ədalətsizliyə son qoyacaq.

Qeyd edək ki, 1992-ci ildə Ermənistanın Azərbaycan ərazilərini işğalı davam edərkən ABŞ Konqresi Bakının guya Ermənistanı blokadaya alması bəhanəsi ilə Azərbaycana dövlət yardımını qadağan edən qanun qəbul edib.

Sonrakı illərdə ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırsalar da, Bayden-Blinken administrasiyası bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edərək onu yenidən tətbiq etdi.

Oxuməni.az

Seçilən
44
oxumeni.az

1Mənbələr