AZ

“Əliyevlə Paşinyan ABŞ-də görüşür, Gürcüstan isə…” – Zurabişvili

“Müharibə bitməyib, davam edir. Bizim ərazilərimiz işğal olunub… Bu gün Rusiya iki ölkəyə qarşı müharibə aparır: bu, Ukraynada hərbi müharibədir, ikincisi isə Gürcüstanda hibrid müharibədir. Biz bunu yaxşı başa düşməliyik, çünki bunu başa düşməsək, müstəqilliyimizi və dövlətçiliyimizi asanlıqla əlimizdən alacaqlar”.

“7Times.az” xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin ildönümü ilə bağlı tədbirdə deyib.

Gürcüstan mətbuatının məlumatına görə, Salome Zurabişvili bəyan edib ki, “müharibə 2008-ci ildə bitməyib və bu gün hibrid müharibə şəklində davam edir”.

Eks-prezident həmçinin bildirib ki, “bu gün sülh uğrunda mübarizə gedir”: “Bu mübarizəni Amerika və avropalı tərəfdaşlarımız aparır. Bu gün avqustun 7-8-də Vaşinqtonda Amerika Prezidentinin Paşinyanla Əliyevi bir araya gətirdiyi və onlarla çox mühüm sülh danışıqları apardığı zaman baş verənlər bu region üçün böyük əhəmiyyət kəsb edir. Çox pisdir ki, hazırda Gürcüstan təcrid olunub, yalnız Rusiyaya baxır və onun təsiri altındadır. Bu region dünyanın ən uğurlu bölgələrindən biri olmalıdır, biz isə bütün bunlardan kənardayıq”.

“AzPolitika.info”

Seçilən
5
2
7times.az

3Mənbələr