Bakı. Trend:
Ermənistanın Korrupsiya ilə Mübarizə Komitəsi bu gün“Qazprom-Armeniya” QSC-nin keçmiş baş direktoru, ErmənistanınDövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Artununyanısaxlayıb.
Trend xəbər verirki, bu barədə Ermənistan KİV Korrupsiya ilə Mübarizə Komitəsinəistinadən məlumat yayıb.
Yayılmış məlumata görə, keçmiş məmur qanunsuz sahibkarlıqfəaliyyəti, rəqabətə qarşı fəaliyyət və çirkli pullarınyuyulmasında ittiham olunur.
Arutyunyan 2014–2016-cı illərdə “Qazprom Ermənistan” şirkətininbaş direktoru olub. Bundan sonra o, Dövlət Gəlirləri Komitəsininsədri vəzifəsinə təyin edilib və hazırkı baş nazir Nikol Paşinyanhakimiyyətə gəldikdən sonra, 2018-ci ildə istefa verib.