Bu il iyulun 1-nə Milli Depozit Mərkəzində (MDM) 167 386 depo hesabı olub.
BAKU.NEWS bu barədə MDM-yə istinadən xəbər verir.
Məlumata görə, bunun 99 %-i və yaxud 165 779-u fiziki şəxslərə, 1 %-i və yaxud 1 607-si isə hüquqi şəxslərə məxsus olub.
Hesabat tarixinə MDM-də ümumilikdə 103 536 aktiv hesab olub ki, bunun da 102 889-u fiziki şəxslərə, 647-si isə hüquqi şəxslərə aid olub.