AZ

Trampın Putinə verdiyi möhlət başa çatıb

Britaniyanın "The Guardian" qəzeti yazır ki, Donald Tramp bu barədə Ağ Evin Oval Ofisində yerli jurnalistlərin suallarını cavablandırıb. Prezident sözügedən möhlət qurtardığı üçün Rusiyaya, əvvəlcə bildirdiyi kimi, sanksiyalar irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirib.

"Bu, ondan (Vladimir Putini nəzərdə tutur. - red.) asılıdır. Nə deyəcəyini gözləyəcəyik", - ABŞ lideri söyləyib.

Digər tərəfdən, maraqlıdır ki, o, rusiyalı həmkarı ilə görüşmək fikrindən daşınmayıb. Diqqətə çatdırıb ki, gözlənilən görüşə Ukrayna Prezidenti Volodimir Zelenski qoşulmasa belə, Vladimir Putinlə görüşməyə hazırdır.
Uşakov:"Görüş üçün hazırlıq görülür"

Xatırladaq ki, dünən Britaniyanın "The Guardian" qəzeti, ABŞ-nin "The New York Times" qəzeti və "CNN" telekanalı kimi nüfuzlu media orqanları da, öz mənbələrinə istinadən, gələn həftə Donald Trampla Vladimir Putin arasında görüşün baş tuta biləcəyi məlumatını yayıb. Eyni zamanda, Donald Tramp öz elçisinin Rusiyaya səfərini və apardığı danışıqları "Ukraynada müharibənin həlli istiqamətində "böyük irəliləyiş" adlandıraraq, bu xəbəri təsdiqləyib. Rusiya tərəfindən isə Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov yerli mətbuata açıqlamasında "liderlərin görüşünün reallaşması məqsədilə hazırda konkret işlər görülməkdədir" söyləyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr