Samuxda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirə muzeyinin açılışı olub.
APA-nın yerli bürosunun məlumatına görə, Milli Qəhrəmanın doğum günü münasibətilə ailəsi onun xatirəsini əbədiləşdirimək üçün Samux rayonunun Alıuşağı kəndində yaşadığı evin həyətində muzey yaradıb.
Hökumə Əliyevanın yaxınları tərəfindən inşa edilən muzeydə onun həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, şəxsi əşyalar və digər yaddaş materialları sərgilənib.
Qeyd edək ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayarkən həlak olan 38 nəfərin arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva da olub. Dekabrın 29-u isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər üç ekipaj üzvünə Milli Qəhrəman adı verilib.



