Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, ABŞ-da Cənubi Qafqazın gələcək daxili münasibətlərini tənzimləyən, sülh prosesini dəstəkləyən və hər üç ölkəni gücləndirə biləcək sammitin baş tutması olduqca əhəmiyyətlidir.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Sammit "Beynəlxalq sülh və çiçəklənmə üçün Tramp marștutu"(TRIPP) adı altında tarixə düșəcək:
"Ehtimal odur ki,bu görüșdə birgə sülh deklorasiyası, ABȘ-Azərbaycan və ABȘ-Ermənistan arasında ikitərəfli münasibətləri tənzəmləyən memorandum, ATƏT-in Minsk qrupundan çıxmaqla bağlı birgə məktub,Sülh istiqamətində birgə saziș və bir neçə əhəmiyyətli sənədlər imzalanacaq. Regionumuz üçün xeyirli uğurlu olsun. Azərbaycan bunlarla yanașı Ermənistanla sərhəddini daha da gücləndirməlidir. Yaranmıș situasiyadan səmərəli istifadə edilməlidir. Və Rusiya faktorunu diqqətdə saxlamq lazımdır".
QHT sədri bildirib ki, Ukrayna ilə savașda Rusiyanın məğlub olması Cənubi Qafqazda sülhün və inkișafın həlledici açarıdır!
Pərvanə Fərhadqızı