Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək
Far.Az xəbər verir ki, bunu hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ "xüsusi sərnişini" olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", -o bildirib.
***08:54
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Bu barədə Far.Az-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.