Ajans.az Comex birjasının (Nyu-York Əmtəə Birjasının bölməsi) ticarət-ə istinadən xəbər verir ki, qiymətli metalın qiyməti maksimum 3534,1 dollar səviyyəsinə yüksəlib, daha sonra isə 3492,1 dollar səviyyəsində stabilləşib ki, bu da açılış qiymətindən 1,4 faiz yüksəkdir. İyulun ortalarında ABŞ dollarının zəifləməsi fonunda qızılın qiyməti bir troyn unsiyası üçün 3400 dolları keçmişdi. İnvestorlar Amerika valyutasının zəifləyəcəyi ilə bağlı yeni idxal rüsumları xəbərlərinin təsiri ilə dolları satmağa başlayıblar. İyulun 24-də isə qızıl qiyməti 0,66 faiz ucuzlaşaraq 3376 dollar səviyyəsinə enib. Ümumdünya Qızıl Şurasının (WGC) analitikləri proqnozlaşdırır ki, 2025-ci ilin ikinci yarısında qızılın qiyməti təxminən 5 faiz bahalaşa bilər. Bununla belə, ekspertlər qlobal iqtisadi və maliyyə vəziyyətinin ciddi pisləşməsi halında təhlükəsiz liman aktivlərinə tələbatın artacağını və bunun nəticəsində qızılın qiymətinin 10-15 faiz yüksələ biləcəyini istisna etmirlər.