AZ

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə güc tətbiqinə dair müqavilə imzalamaqdan imtina edib

  Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək haqqında müqavilə imzalamağa hazır deyil.

Referans xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

 
Xarici İşlər Nazirliyi isə öz növbəsində Rusiya Federasiyasından qoşunların çıxarılmasını və Gürcüstanın işğal olunmuş bölgələrinin tanınmasından imtina etməsini tələb edib.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, eyni zamanda, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə, qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb./APA   

Seçilən
35
9
referans.az

10Mənbələr