AZ

Zakir Fərəcov 2-ci məhəllədə sakinlərlə səyyar qəbul keçirib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov avqustun 8-də 2-ci məhəllədə sakinlərlə növbəti səyyar görüşünü keçirib.

Bu barədə APA-ya Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, səyyar qəbulun əsas məqsədi vətəndaşların müraciətlərini yerində araşdırmaq, onların sosial və məişət problemlərinə operativ şəkildə reaksiya vermək olub. Görüş zamanı şəhər rəhbərliyinə ünvanlanan müxtəlif məzmunlu suallar və təkliflər birbaşa dinlənilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, eləcə də şəhərdə fəaliyyət göstərən müvafiq xidmət və təşkilatların rəhbərləri – kommunal sektor, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak ediblər.

Zakir Fərəcov sakinlərin hər bir müraciətinə fərdi yanaşıb, bəzi məsələlərin dərhal həlli üçün yerində tapşırıqlar verib. Digər müraciətlərlə bağlı isə aidiyyəti təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb.

İcra başçısı görüş zamanı vətəndaşlara problemlərinin diqqət mərkəzində saxlanılacağını və tezliklə cavab tədbirlərinin görüləcəyini vəd edib. Qeyd olunan sosial məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti mütəmadi olaraq səyyar görüşlər keçirir. Bu cür görüşlər şəhər əhalisi ilə birbaşa təmasın artırılmasına və onların gündəlik həyatında üzləşdikləri çətinliklərin daha çevik həllinə xidmət edir.

Zakir Zakir Zakir Zakir Zakir Zakir
Seçilən
14
2
apa.az

3Mənbələr