AZ

“OpenAI” şirkəti hər kəsə əlçatan olacaq ən yeni ChatGPT modelini təqdim edib

Bakı. Trend:

“OpenAI” şirkəti GPT-5 süni intellekt modelini təqdim edib. Buyeni model indi bütün ChatGPT istifadəçiləri üçün, hətta ödənişliabunə olmadan da əlçatandır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, tərtibatçılarınsözlərinə görə, yeni məhsul özündən əvvəlki versiyaların əsasüstünlüklərini özündə cəmləşdirir, habelə tədqiqat və təhlildəntutmuş proqramlaşdırma və tətbiqi problemlərin həllinə qədər genişspektrli tapşırıqlar üçün nəzərdə tutulub.

Əsas yeniliklərdən biri süni intellektlə ünsiyyətin “tonunu”seçmək imkanı idi. Beş üslub mövcuddur: standart, sinik, robot,dinləyici və botanik. Səs rejimi də təkmilləşdirilib, mesajlarınrəng dizaynı və “Google Mail” və “Google Calendar” ilə inteqrasiyaəlavə edilib.

GPT-5 dialoqda yüksək dəqiqliyi və çevikliyi qorumaqla təkmilmətn yaratma və məlumat təhlili alqoritmlərini sələflərindən mirasalıb. “OpenAI” yeniləməni istifadəçilərin süni intellektlə dahafərdi və rahat qarşılıqlı əlaqəsinə doğru bir addım kimi tətbiqedir.

Seçilən
62
3
az.trend.az

4Mənbələr