AZ

“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Faiq Hüseynov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

Faiq Hüseynov yeni vəzifəyə kimi Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

O, 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb.

Seçilən
46
banker.az

1Mənbələr