İranın “Eghtesad News” saytı ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsini gündəmə gətirərək, bu proseslərə qərəzli yanaşmasını davam etdirir.
Xəbər portalı iddia edir ki, ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi görüş zamanı Cənubi Qafqazda strateji tranzit dəhlizinin inkişafı üçün Vaşinqtona uzunmüddətli hüquqlar veriləcək.
"Cebheinfo.az" xəbər verir ki, sayt bu dəhlizi İranın maraqlarına təhdid kimi qələmə verir və bölgədəki əməkdaşlıq səylərini qərəzli yanaşmalarla kölgə altına almağa çalışır.
Qeyd edilir ki, Ağ Evdə imzalanacaq sənədlər Minsk Qrupunun fəaliyyətinin dayandırılmasını və bölgədə davam edən münaqişələrə yeni, praktik həll yolları tapılmasını nəzərdə tutur. ABŞ-nin vasitəçiliyi ilə yaxınlaşma Cənubi Qafqazın uzun müddət blokadada olan sərhədlərini açaraq regional sabitlik üçün önəmli addımdır.
"Cebheinfo.az"