ABŞ-ın İllinoys ştatında helikopter elektrik xətti ilə toqquşub, Missisipi çayında barjaya çırpılıb və alovlanıb, iki nəfər həlak olub.
İllinoys səlahiyyətliləri İst Alton bölgəsində helikopter qəzası ilə bağlı açıqlama yayıb.
Hadisə zamanı barjada heç kim olmayıb.
Rəsmilər qeyd edib ki, qəzadan sonra əraziyə yanğınsöndürənlər və tibb briqadaları göndərilib. Hadisə ilə əlaqədar Missisipi çayı üzərində kommersiya daşımaları müvəqqəti olaraq dayandırılıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdıracaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”