AZ

Şimali Kipr işıqsız qalıb

Şimali Kipr Türk Cümhuriyyətində əsas transformatorlardan birində baş verən partlayış səbəbindən ölkə üzrə elektrik verilmədiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Kipr Türk Elektrik Qurumu (Kıb-Tek) rəsmiləri, əsas transformatorlardan olan Günəşköy Transformator Mərkəzində səhər tezdən partlayış baş verdiyini açıqlayıb.

Rəsmilər, partlayış səbəbindən ölkə üzrə səhər saat 05:00-dən etibarən elektrik enerjisinin verilmədiyini qeyd edib.

Bildirilib ki, nasaz hissə sistemdən ayrıldıqdan sonra elektrik stansiyalarının işə düşməsi ilə bəzi bölgələrə enerji veriləcək.

Rəsmilər, Kiprin elektrik enerjisinin tam olaraq nə vaxt bərpa ediləcəyi barədə isə məlumat verməyib.

Seçilən
64
33
cebheinfo.az

10Mənbələr