AZ

“Hindistan şirkətləri Rusiya neftini almağa davam edir”

“Hindistan şirkətləri Rusiya neftini almağa davam edir, həcmlər azalmış ola bilər, lakin Rusiya ilə əməliyyatlar dayandırılmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı TASS-a Hindistanın neft sənayesindəki mənbə bildirib.

“Neft şirkətləri hələ də Rusiya neftini alırlar. Ola bilsin ki, həcmlər azalıb, lakin alışlar dayanmayıb. Bütün şirkətlər kommersiya baxımından sərfəli sövdələşməni dəstəkləyir. Biz Rusiya neftini və ya daha ucuz olan hər hansı digər nefti almağa davam edirik”, - məlumatda deyilir.

Xatırladaq ki, “Bloomberg”in məlumatına əsasən, ən böyük dövlət neft şirkətləri Vaşinqtonun təzyiqi və ABŞ Prezidenti Donald Trampın Hindistan ixracına əlavə rüsumlar tətbiq etməsi səbəbindən müvəqqəti olaraq Rusiya neftini almaqdan imtina ediblər. Onlar hökumətdən rəsmi göstəriş almayana qədər Rusiya nefti üçün tender elan etməmək qərarına gəliblər. Hindistan neft şirkətləri Rusiyadan xammal tədarükünü ABŞ, Braziliya və Liviyadan gələn neftlə əvəz etməyi planlaşdırırlar.

Qeyd edək ki, ABŞ Hindistana Rusiyadan neft aldığı üçün idxal rüsumunu 25 faizə qaldırıb.

Seçilən
46
qafqazinfo.az

1Mənbələr