AZ

"Bunlar manyakdırlar" I Cahangir Əsgərov 170 milyondan danışıb

AzVision.az xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib. O qeyd edib ki, hazırda öz bağında istirahət edir: “Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm.

Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan adamam. Xahiş edirəm, məndən əl çəksinlər. Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram”.

AzVision.az

Seçilən
11
19
azvision.az

10Mənbələr