AZ

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı.Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iləsahə üzrə nüfuzlu beynəlxalq təşkilat olan Cenevrə BeynəlxalqHumanitar Minatəmizləmə Mərkəzi (GICHD) arasında “AzərbaycanRespublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təminedilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən memorandumda ANAMA-nın potensialınıngücləndirilməsi, strateji planlaşdırma və partlayıcı sursatlarıntəhlükəsinə dair maarifləndirməyə dəstək, birgə layihələrin həyatakeçirilməsi, humanitar minatəmizləmə ilə ətraf mühit və iqlimdəyişikliyi arasında bağlantılar daxil olmaqla bilik və təcrübəmübadiləsi, informasiyanın idarə edilməsi, təlimlərin keçirilməsikimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Seçilən
54
8
az.trend.az

9Mənbələr