Bakı.Trend:
Xəbər verdiyimiz kimi, “Azərbaycan DəmirYolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgülstansiyasının tikintisinə başlayıb.
Trend-əaçıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevbildirib ki, bu dayanacağın üstünlüyü sərnişin axınınınparçalanmasına xidmət etməsi olacaq:
“Həmçinin, bu vaxta qədər Xırdalandan, Sumqayıtdan gələntələbələr məcburi "28 May" stansiyasına gedərək, oradan səfərlərinitəşkil edirdilərsə, indiki vəziyyətdə "Dərnəgül" üzərindən dəsəfərlərini təşkil edə biləcəklər. Bu, həm "28 May”ın yükünüazaldacaq, həm də sərnişin axınının fərqli istiqamətdəparçalanmasına və şəhər nəqliyyatının yükünün azalmasına gətiribçıxaracaq”.
Ekspert qeyd edib ki, bu, xətlərin ayrılması prosesinə də müsbəttöhfə verəcək:
“İnsanlar bu yolla artıq "28 May" stansiyasına gəlmədən də,"Dərnəgül"dən digər istiqamətlərə gedə biləcəklər. Bu növdayanacaqların sayının artırılması vacibdir. Bakı Şəhərinin Başplanında da Heydər Əliyev prospektinə yaxın ərazidə dayanacağınyaradılması, eyni zamanda, Nərimanov rayonunun keçmişdə "Montin"adlanan ərazidə stansiyanın bərpası, "Şəfa" stadionun yaxınlığındadayanacağın yaradılması nəzərdə tutulur.
Düşünürəm ki, gələcək üçün Xırdalandan üzü Koroğlu, Hövsanabirbaşa xəttlərin açılması üçün tikintilər nəzərdə tutulmalıdır.Çünki indiki zamanda "28 May"da düşüb növbəti qatarla getmək imkanvar, bu da bir az narahatdır. Amma birbaşa olarsa, bu, gələcəkdəpolisentrik şəhər konsepsiyasına uyğun olaraq sərnişin axınınıtənzimləyər”.
Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov isə Trend-ə qeyd edib ki,dəmir yolu stansiyalarının açılması Bakı şəhərinin Baş planınaəsasən həyata keçirilir:
“Həmin plana əsasən, dayanacaqların harada açılması,dayanacaqların harada olması nəzərdə tutulur. Dərnəgüldə həm metro,həm də dəmir yolu stansiyası ola bilər. Yəni stansiyanın açılmasıoraya gələn sərnişinlərin sıxlığına görə müəyyən olunur.Ümumiyyətlə, dayanacaqlar və stansiyalar sərnişin axınına vəməsafələrə uyğun olaraq açılır. Bundan sonra hansı stansiyalarınaçılacağını proqnozlaşdırmaq çətindir”.
“Belə stansiyaların açılması həmin ərazidə olan sərnişinlərəkömək göstərəcək. Amma ümumi nəqliyyat axınına təsir göstərmək üçünkompleks işləmək, nəqliyyat axınının sıxlığını, göstəriciləriniillər, aylar, həftələr üzrə müəyyən etmək lazımdır. Bundan sonraəgər sərnişin axını həmin istiqamətdə çoxdursa, müəyyən yerəçevirmək olar. Yəni ümumi sıxlığın aradan qaldırılması üçün dəmiryolu, metro və avtobus bir-biri ilə koordinasiya olunmuş şəkildəişləməlidir. Belə olan halda daha çox effekt əldə olunar”, - o qeydedib.