AZ

Bakıda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən kağız məhsullarının istehsalı və avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam örtükləri anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Referans xəbər verir ki,FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, yanğına qarşı sistem və qurğularla təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun olmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib. Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib. Bundan əlavə obyektlərdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur. İlkin yanğınsöndürmə vasitələri isə tam təmin edilməyib. Eyni zamanda, obyektlərdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə edilir. Yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı yoxdur, obyektlərin daşınmaz əmlakı isə “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərinin və anbarın fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib.  

Seçilən
42
16
referans.az

10Mənbələr