"Barselona" klubu bu yay transfer etdiyi Xoan Qarsiyanı qeydiyyatdan keçirə bilmir.

Offsideplus.az xəbər verir ki, katalon təmsilçisi La Liqanın maliyyə qaydalarına uyğun gəlmədiyi üçün (1:1 qaydası) bu problem yaşanır.

Onlar hətta İnyiqo Martines satsa belə, yenə də 24 yaşlı qapıçını qeydiyyata sala bilməyəcək.

Bu barədə "MARCA" nəşri məlumat yayıb.

Qeyd edək ki, İ. Martines Səudiyyə Ərəbistan "Əl-Nəsr" klubuna transfer olacağı gözlənilir.

"Barselona" bu yay Xoan Qarsiyadan başqa Markus Reşfordu da heyətinə cəlb edib. İngilis futbolçu da hələlik qeydiyyatdan keçirilə bilməyib.