AZ

Bakıda motosiklet və skuter oğurlayanlar saxlanılıblar

DİN-dən  Ajans.az-a bildirilib ki, Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
63
19
Ajans.az

10Mənbələr