AZ

İkardi "Qalatasaray"dan gedir?

"Qalatasaray" Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.

Axar.az xəbər verir ki, ötən mövsümü zədə səbəbindən buraxan 32 yaşlı hücumçu komandada qalacaq.

İstanbul təmsilçisi müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardla əlavə 2 illik yeni sözləşmə imzalamaq niyyətindədir.

"Qalatasaray" rəhbərliyi İkardiyə illik 6 milyon avro məbləğində hazırkı maaşını təklif etməyi planlaşdırır.

"Cimbom" argentinalı futbolçunu komanda üçün çox vacib oyunçu hesab edir və müqavilənin tezliklə rəsmiləşməsini istəyir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən "Qalatasaray"ın formasını geyinir.

Seçilən
0
2
axar.az

3Mənbələr