AZ

“Barselona”nın futbolçusu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Bakı, 8 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının futbolçusu İniqo Martines komandadan ayrılmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.

İspaniya millisinin keçmiş üzvü Kataloniya klubuna 2023-cü ildə “Atletik”dən (Bilbao) keçib.

Seçilən
24
azertag.az

1Mənbələr