AZ

Yevlaxda ağır qəza - 3 nəfər öldü

Yevlax rayonunda ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az teleqraf.az-a istinadən xəbər verir ki, qəza Xaldan–Mingəçevir avtomobil yolunun Əkşəm kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə “VAZ 2106”, “Mercedes” və “Qazel” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verib. İlkin məlumata görə, “Mercedes”də olan bir qadın hadisə yerində dünyasını dəyişib. Daha iki yaralının da xəstəxanada həyatını itirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
31
3
avtosfer.az

4Mənbələr