"Beşiktaş" İngiltərə Çempionşip klubu "Lester Siti"də çıxış edən 28 yaşlı nigeriyalı yarımmüdafiəçi Vilfred Ndidini heyətinə qatıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" Vilfred Ndidinin "Lester Siti"dən transferinin maliyyə detallarını da rəsmən açıqlayıb. Klub İctimaiyyəti Açıqlama Platformasına (KAP) verdiyi açıqlamada 27 yaşlı nigeriyalı yarımmüdafiəçi üçün İngiltərə klubuna 8 milyon avro transfer haqqı ödəyəcəyini açıqlayıb. Ndidi ilə 3+1 illik müqavilə imzaladığı açıqlanıb.
Ndidi klub karyerasında 386 oyuna çıxıb, 25 qol vurub və 25 məhsuldar ötürmə verib.