Sea Breeze

“PAŞA Bank” biznes kreditlərini bahalaşdırmaqda davam edir.

Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, “PAŞA Bank” onlayn biznes kreditləri üzrə minimal faizləri 12%-dən 13%-ə yüksəldib. Başqa sözlə, kredit faizləri 1% bəndi artırılıb. Bank bundan əvvəl isə kredit faizlərini 10%-dən 12%-ə yüksəltmişdi. Komissiya xərcini isə 0,75%-dən 1%-dək artırmışdı. Başqa sözlə, son bir neçə ayda bank onlayn biznes kreditlərini 3,25 faiz bəndi və ya 30,2% bahalaşdırıb.

Maraqlıdır ki, Mərkəzi Bank iyul ayında uçot dərəcəsini azaltsa da, bank faizləri artırmaqda davam edib.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,5 milyon manatdır.

ETX
ETX
ETX