"Atletiko" klubu "Napoli"nin futbolçusu Cakomo Raspadorini transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, klublar arasında danışıqlar gedir. Madrid təmsilçisi bu gün yeni bir təklif verəcək.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Raspadori 2022-ci ildən "Napoli"də çıxış edir. 25 yaşlı hücumçu burada 109 oyunda 18 qol vurmağı bacarıb.
O, İtaliya yığmasında isə 40 oyunda meydanda olub və 9 qol vurub.