Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi bildirib.
O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.
Qeyd edilib ki, bu, ananın 2-ci hamiləliyi olub.
Video: Apa TV