AZ

Aysun İsmayılovadan atasız böyüyən qızına mesaj: “Sənin heç kimə ehtiyacın olmayacaq”

Müğənni Aysun İsmayılovanın bu gün qızının bir yaşı tamam olub.

Yenisabah.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında paylaşım edib. 

O, övladı üçün həm ana, həm də ata olacağını bildirib: pizza hut

"Bir il öncə bizi bir bədəndən ayıracaqlar deyə çox ağlamışdım. Səni ilk qucağıma alanda, səsini eşidəndə isə sevincdən ağladım. Qızım, sən mənim gücümsən, nəfəsimsən. Mən sənə görə hər zaman ayaqda duracam. Söz verirəm ki, özüm yaşaya bilmədiyim xoşbəxt həyatı sənə yaşada bilmək üçün əlimdən gələni edəcəm. Sən mənim yaşadığım çətinlikləri yaşamayacaqsan. Mən sənə həm ana, həm də ata olacam. Sənin heç kimə ehtiyacın olmayacaq".

Aysun İsmayılova eyni zamanda qızının onu ana olaraq seçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb:

"Rəbbim bundan sonra bəxtini gözəl yazsın, balam. Heç nədən yarım qalmayasan, inşallah. Sən körpə olsan da, o qədər ağıllı və hissiyatlı uşaqsan… Sən ananın can parçasısan. Ana səni canından çox sevir, qızım. Sevginin nə olduğunu səninlə bildim. Çox şükür ki, ana olaraq məni seçmisən və mənim balam olmusan. İlk yaşın mübarək, qızım!".

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
33
2
yenisabah.az

3Mənbələr