AZ

Zurabişvili Vaşinqton görüşü haqda: “Çox pisdir ki…”

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsinin ildönümü ərəfəsində Muxadqverdi qardaşları qəbiristanlığını ziyarət edib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, Gürcüstan mətbuatının yazdığına görə, Salome Zurabişvili "müharibə 2008-ci ildə bitməyib və bu gün hibrid müharibə şəklində davam edir" deyib:

"Gürcüstan əraziləri işğal olunub... Bu gün Rusiyaiki ölkəyə qarşı müharibə aparır: bu, Ukraynada hərbi müharibədir, ikincisi isə Gürcüstanda hibrid müharibədir. Biz bunu yaxşı başa düşməliyik, çünki bunu anlamasaq, müstəqilliyimizi, dövlətçiliyimizi asanlıqla əlimizdən alacaqlar...".

Sabiq prezident həmçinin deyib ki, "bu gün sülh uğrunda mübarizə gedir, bu mübarizəni Amerika və bizim avropalı tərəfdaşlarımız aparır:

Bu gün Vaşinqtonda, Amerika prezidentinin Əliyev və Paşinyanla bir araya gəldiyi və onlarla çox mühüm sülh danışıqları apardığı zaman baş verənlər bu region üçün böyük əhəmiyyət kəsb edir. Çox pisdir ki, hazırda Gürcüstan təcrid olunub, yalnız Rusiyaya baxır və yalnız onun təsiri altındadır. Bu region dünyanın ən uğurlu bölgələrindən biri olmalıdır, biz bütün bunlardan kənardayıq", - Zurabişvili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
2
olaylar.az

3Mənbələr