Türkiyə İsrailin Qəzzanı işğal etmək planına reaksiya verib.
Publika.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Netanyahunun planı tənqid olunub.
"Hərbi əməliyyatın genişləndirilməsi qərarını pisləyirik", - deyə bəyanatda qeyd olunub.
Eyni zamanda, sözügedən qərar beynəlxalq ictimaiyyətdə də tənqidlərə səbəb olub.