AZ

Fərid Əhmədov Ağsuda vətəndaşları qəbul etdi

Ədliyyə naziri Fərid Əhmədov 8 avqust tarixində Ağsu şəhərində vətəndaşları qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


Seçilən
61
6
news24.az

10Mənbələr