AZ

"İnter" bu futbolçu üçün 50 milyon avro təklif edəcək

"Atalanta"nın hücumçusu Ademola Lukman İİtaliyada klubunu dəyişə  bilər.

Sportal.az xəbər verir ki, "İnter" nigeriyalı futbolçunu ttransfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi Lukman üçün 50 milyoon avroluq təklif göndərəcək. 27 yaşlı forvard özü komandasından ayrılmaq niyyətindədir.

Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin yayında "Leypziq"dan transfer edib. Nigeriya millisinin üzvü ötən mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyun tarixində başa çatır.

saytlarin hazirlanmasi

Seçilən
83
20
sportal.az

10Mənbələr