AZ

Rəsmi Bakıdan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyirik.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

"Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verməkdə davam edir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu gün Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş verən müharibədən 17 il ötür.

Milli.Az

Seçilən
43
12
milli.az

10Mənbələr