AZ

Premyer Liqanın yeni klubu “Sabah”ın futbolçusunu transfer edib

Bakı, 8 avqust, AZƏRTAC

“İmişli” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a bildirilib ki, sol cinah müdafiəçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalanıb.

20 yaşlı oyunçu “Sabah”ın əvəzedici heyətindən transfer olunub.

Qeyd edək ki, “İmişli” 2025-2026-cı illər mövsümündə Misli Premyer Liqasında çıxış edəcək.

Seçilən
137
3
azertag.az

2Mənbələr