AZ

“Napoli”nin hücumçusu La Liqaya doğru

“Napoli”nin hücumçusu Cakomo Raspadori karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, italiyalı futbolçu “Atletiko”in transfer hədəfinə çevrilib. Məşhur insayder Fabritsio Romano bu barədə məlumat yayıb.

Xəbərə görə, Madrid təmsilçisi Raspadori ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Hazırda “Atletiko” “Napoli” ilə danışıqları davam etdirir və razılıq əldə olunacağı təqdirdə transfer rəsmiləşəcək.

Qeyd edək ki, Cakomo Raspadori 2022-ci ilin yayında “Sassuolo”dan “Napoli”yə transfer olunub. O, ötən mövsüm A Seriyasında 29 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
36
idmanxeber.az

1Mənbələr